INFO:
Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakı şəhəri Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU — indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. ADU-da təhsil aldığı illərdə ən fəal tələbələrdən olmuş E.Qafarova 1955–1958-ci illərdə universitetin komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına qəbul edilmişdir. 1958–1961-ci illərdə ADU-nun aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək,